
Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu: "Smart City Technology and Process"
🌍 Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu artıq sadəcə bir tədbir deyil; o, sürətlə böyüyən və təsir dairəsini genişləndirən bir mühəndislik platformasına çevrilir.
🔧 Bu il üçüncü dəfə təşkil olunan Forumumuzun popülarlığı, başladığımız təşəbbüsün real bir hərəkata çevrildiyini göstərir. 2024-cü ildən etibarən Berlində “Avropada çalışan azərbaycanlı mühəndisləri tanıyaq və bir araya gətirək” ideyası ilə başladığımız bu yol, günümüzdə Avropa və Azərbaycandan yüzlərlə mühəndisi, dövlət qurumlarını, universitetləri və aparıcı şirkətləri birləşdirən güclü bir ekosistemə çevrilmişdir.
🏗️ “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 6 iyun tarixində Hamburq şəhərində keçiriləcək Forum bu il “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” mövzusuna həsr olunacaq.
🤝 Forum çərçivəsində Almaniya və Azərbaycandan dövlət qurumları və özəl sektor nümayəndələri öz sahələri üzrə təqdimatlar edəcək, alman təcrübəsi və praktik bilikləri ilə çalışan azərbaycanlı mühəndislərlə konkret əməkdaşlıq imkanlarını və ortaq layihələri müzakirə edəcəklər. Bu Forum sadəcə müzakirə platforması deyil; burası ideyaların layihəyə, əlaqələrin tərəfdaşlığa çevrildiyi yerdir.
⚙️ Gələcəyin texnologiyalarını formalaşdıran bu platformanın bir parçası olmağa dəvət edirik!
NOTA: No podemos garantizar la exactitud de la información que proporcionamos sobre este evento. Visite la página web del evento para verificar detalles como fecha, horarios, precios y ubicación.




